"Türkiyə güvənli ölkədir, orada qalın"

4-09-2015, 09:45
0
"Türkiyə güvənli ölkədir, orada qalın"

Macaristan Baş naziri Urban, qaçqınlar üçün, "Nə üçün Türkiyədən Avropaya gəlirsiniz? Türkiyə güvənli bir ölkə, orada qalın. Biz sizin qəbulunuza garanti verə bilmərik. Lütfən gəlməyin'' dedi.

qaynarxeber.org xarici mətbuata istinadən xəbər verir ki, Macarıstan Baş Naziri Urban Avropa Parlamenti sədri Martin Schulzla görüşməsinin ardından mətbuata açıqlama verib.

 

Macarıstan Baş nazirin açıqlamaları heç də bir tərəfli qarşılanmayıb. İlk baxışdan qaçqınları qşağılayıcı görüntüsü yaransada, nazir açıqlamalarında kifayət qədər açıq danışıb.

 

Macarların qaçqın krizi səbəbi ilə narahatlıq içində olduğunu vurğulayan Urban, "Biz Macarlaq qorxu içindəyik. Avropada insanlar qorxu içindədir. Avropalı liderlər, nazirlər belə bu durumu kontrol edə bilmir. Şengen və Dublin anlaşmaları və Fronteks qaydaları kəsin şəkildə deyir ki, Macarıstan kimi Şengen xarici olan ölkələr üçün sərhəd nəzarəti dövlətin məcburi şəkildə vəzifəsidir" dedi.

 

Daha sonra Urban Schulza Macarıstan hər şeyi qaydalar çərçivəsində edir işarəsi ilə, "Macarıstan sərhədlərini nəzarətdə saxlayacaq. Avropa üzv ölkələr üçün qoyduğu bütün qaydaları yerinə gətirəcəyik. xahiş edirəm Macarıstanı məcburi olanı etdiyi üçün qınamayın. Bizi qınamaq yerinə buraxın Macarıstan Avropa qaydalarına görə öz vəzifəsini yerinə yetirsin" deyə danışdı.

 

Ardınca sözlərini bu şəkildə davam etdirdi: "Problem Avropa problemi deyil. Problem Almanya problemi. Kimsə Macarıstanda qalmaq istəmir. Bizim Macarıstanda qalmaq istəyənlərlə sıxıntımız yoxdur. Kimsə Macarıstanda, Slovakyada, Estonyada qalmaq istəmir. Hamısı Almanyaya getmək istəyir. Bizim vəzifəmiz onları qeyd etməkdir. Almanya hökuməti Macarıstandan heç kimi qeydiyyata almadan göndərməyin deyir".

 

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti