NATO xristianlar klubumu oldu?
8-12-2015, 16:19
0
NATO xristianlar klubumu oldu?
NATO-nun baş katibindən müsəlmanlar barədə şok sözlər.
NATO-nun baş katibi Jens Stoltenberq İttifaqın İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya əsgər göndərməyəcəyini, bunun əvəzinə yerli qüvvələrin möhkəmləndirilməsi lazım olduğunu söyləyib. "Bu müharibəni müsəlmanlar üçün aparmayacağıq", - deyən Stoltenbergin din vurğusu çaşqınlıq yaradıb.
Isveçin "Tages-Anzeiger" qəzetinə müsahibə verən NATO-nun baş katibi, "Suriyadakı qarşıdurma Qərb və İslam dünyası arasında müharibə deyil, radikalizm və terrorizmə qarşı müharibədir", - deyib. Stoltenberq, "Bu döyüşdə müsəlmanlar ön cəbhədədir. Qurbanların çoxu müsəlmandır və İŞİD-ə qarşı vuruşanların çoxu da müsəlmandır. Bu mübarizəni onlar üçün apara bilmərik" şəklində danışdı.
Stoltenberq quru qüvvələri göndərməklə bağlı suala, "Bu, koalisiyanın və NATO müttəfiqlərinin gündəmində yoxdur. ABŞ-ın məhdud sayda xüsusi qüvvələri var. Ön planda olan şey isə, yerli qüvvələri möhkəmləndirməkdir. Bu asan deyil, lakin yeganə variant budur", - deyib.
Baş katib, Rusiya ilə yaşanan böhrandan sonra NATO-nun Türkiyənin havadan müdafiə potensialını artırmasına kömək etdiyini xatırladaraq, Milad bayramından əvvəl İttifaqın Türkiyə üçün əhəmiyyətli paket qəbul edəcəyini söyləyib.
Türkiyə, NATO-nun əhalisinin böyük əksəriyyəti müsəlman olan yeganə ölkəsidir.
скачать dle 12.1