Livanlı fəal aclıq aksiyasına başladı.

4-09-2015, 10:33
0
Livanlı fəal aclıq aksiyasına başladı.

Livanın paytaxtı Beyrutda ölkədəki "zibil krizi"nə etiraz edən bir fəal, Ətarf Mühitin Mühafizəsi Nazirliyi qarşısında çadır quraraq aclık aksiyasına başladı.

 

qaynarxeber.org Livian mətbuatına istinadən xəbər verir ki, Livanlı fəal Varif Süleyman, Ətraf Mühitin Mühafizəsi Naziri Meşnukun istefasını istəyərək, nazirliyin önündə qurduğu çadırda "aclık aksiyası"na başladı.

Ətraf mühitin zibillənməsi və qarşısının alınmaması səbəbindən kütləvi mitinqlərin başladığı ölkədə, Ətraf Mühitin Mühafizəsi naziri Məhəmməd əl-Meşnukun istefa etməsi tələbi ilə çadır quran Livanlı fəal Varif Süleyman, aclıq aksiyasını Meşnukun istefasına qədər davam etdirəcəyini bildirdi. 

Gənc fəal V.süleyman, "Meşnuka deyin ki, istefasına qədər aksiyam davam edəcək. Mübarizəmiz uzun olacaq. Bizim çox mübarizə aparmağımız gərəkli" deyə bildirdi.

Meşnukun istefasını istəyən fəallar, əvvəlki gün nazirliyin binasını işğal etmişdi. 

Paytaxtda zibilin 1 aydan çoxdur ki, təmizlənməməsi səbəbiylə sosyal medya üzərində “qoxunuz çıxdı” şüarı ilə bir araya gələn minlərlə insan, ölkədəki "korrupsiya və zibil problemi"nə qarşı etirazlara başlatmıştı.

"Qoxunuz çıxdı" kampanyasına öncüllük edənlər və insan haqları təşkilatlarının çağrısıyla paytaxtda Şüheda və Riyad es-Sülh meydanlarında bir araya gələn minlərlə Beyrutlu, səlahiyyətlilərə, tələblərinə cavab vermək və ölkədəki siyasi, iqtisadi və sosyal problemləri həll etmələri üçün üç gün möhlət verərək aksiyalarını bazar günü sonlandırmışdı. 

Aksiyaçılar "siyasi korrupsiya", "xalq rejimin dəyişməsini istəyir", "xalq korrupsiya hakimiyyətinin getməsini istəyir" və "hamınız eynisiz" şüarları səsləndirərək prezident seçkiləri edilsin çağırışı etmişdi.

Qeyd edək ki, Livan Parlamentindəki prezident seçkisi, yetərli səs çoxluğu olmadığı üçün bir ildən çoxdur ki, 27 dəfə ertələnib.

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti