Suriyalı qızın ürəkdağlayan vəsiyyəti: “Deyin ki, acından öldü” - FOTO

13-12-2015, 17:14
0
Suriyalı qızın ürəkdağlayan vəsiyyəti: “Deyin ki, acından öldü” - FOTO
Hər an ölüm təhlükəsi ilə üz-üzə olan, aclıq çəkən suriyalı uşaqlar zaman-zaman müxtəlif məzmunlu məktublarla da gündəmə gəlirlər. Bu dəfə isə suriyalı kiçik qızın vəsiyyəti sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
 
Suriyalı qız çəkdiyi şəkildəki tabutda özünü təsvir edib və ailəsinə müraciətlə məktub yazıb.
 
Məktubun mətnini təqdim edirik: “Bu, mənim vəsiyyətimdir. Canım anam, səndən mənim gülüşlərimi hər zaman xatırlamağını və yatağımı olduğu kimi saxlamağını istəyirəm. Bacım, dostlarıma de ki, “o, acından öldü”, qardaşım, sən pis olma, sadəcə, həmişə ikimizin birlikdə “biz acıq” dediyimizi xatırla.
 
Ey ölüm mələyi, tez ol, ruhumu al ki, cənnətdə yemək yeyim. Mən çox acam. Ey ailəm, mənim üçün narahat olmayın. Mən sizin əvəzinizə də Cənnətdə yeyə biləcəyim qədər çox yemək yeyəcəm”.
 
скачать dle 12.1
Xəbər lenti