Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir

13-12-2015, 17:19
0
Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir
ABŞ-ın Kaliforniya ştatının cənubundaki Koaçella şəhərində məscid yanıb.
 
"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, yanğın cümə namazından öncə baş verib. Xəsarət alan olmayıb.
 
Rəsmilər yanğının qəsdən törədildiyindən şübhələnir.
 
Təhqiqatda Federal Təhqidat, habelə alkoqol, tütün, odlu silhalar və partlayıcılarla mübarizə büroları iştirak edir.
 
Qeyd edək ki, hadisə yerindən 125 km uzaqlıqda yerləşən San Bernardinoda radikal islamçı cütlük 14 nəfərin ölümünə yol açan hücum həyata keçirmişdi.
скачать dle 12.1
Xəbər lenti