Pakistan və Livan Səudiyyənin koalisiya saxtarkarlığına etiraz etdi

17-12-2015, 12:10
0
Pakistan və Livan Səudiyyənin koalisiya saxtarkarlığına etiraz etdi

Pakistanın “Dawn” qəzetinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın yaratdığı “terrorla mübarizə” koalisiyasında qalmaqal genişlənir.

Pakistan daxili işlər nazirinin müavini Ezaz Çodəri bu ölkənin adının Səudiyyə Ərəbistanı tərəfindən yeni yaradılan koalisiyada yer almasından təəccübləndiyini söyləyib.

Çodəri bildirib ki, biz Səudiiyədəki səfirimizdən istəmişik ki, bu məsələni dəqiq araşdırsın.

Bu arada rəsmi Beyrut da Livanın adının Səudiyyə Ərəbistanı tərəfindən yaradılmış terrorla mübarizə koalisiyasında yer almasına etraz edib. Rəsmi dairələr Səudiyyə rejiminin bu addımını özbaşnalıq və ölkələrinə qarşı hörmətsizlik adlandırıblar.

Malaziya hökuməti də bu koalisiyada adının olmasına baxamayaraq, həbri müdaxilələrdə iştirak etməyəcəyini açıqlayıb.

Xatırlatmaq lazımdır ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Suriyada müdaxilə planına uyğun olaraq yeni “terrorizmə qarşı İslam koalisiyası” adlı birlik yaratdığını elan edib. Rəsmi Riyad bu birliyə 34 ölkənin qoşulduğunu bildirsə də, hələ heç nə olmamış bu koalisiyanın saxta üzü aşakrlamağa başlayıb.

скачать dle 12.1
Xəbər lenti