“Suriya böhranının həllini Əsədin gələcəyi ilə bağlamaq qəbuledilməzdir”

17-12-2015, 12:11
0
“Suriya böhranının həllini Əsədin gələcəyi ilə bağlamaq qəbuledilməzdir”

Əl-Məyadin telekanalına istinadən verdiyi məlumata görə, BMT baş katibi Pan Gi Mun Suriya böhranının həllində yaradılan əngəlləri tənqid edib.

Ötən gün mətbuat brifinqində çıxış edən baş katib deyib: “Suriya böhranının siyasi yolla həllini prezident Bəşşar Əsədin hakimiyyətdən getməsi ilə bağlamaq qəbuledilməzdir.”

O, deyib: “Bəşşar Əsədlə bağlı qərar verə biləcək yeganə faktor Suriya xalqının özüdür. Odur ki, Suriya böhranını bir nəfərin taleyi ilə əlaqələndirmək məntiqsizlikdir.”

BMT baş katibi Suriyada tez bir zamanda atəşkəsin bərqərar olunmasına təkid edərək, bildirib ki, bu məsələ ölkədə böhranın siyasi yolla həllinə və həmçinin milyonlarla insana yardım edilməsinə kömək edəcək.

скачать dle 12.1
Xəbər lenti