PKK üzr istədi - FOTO

5-09-2015, 07:38
0
PKK üzr istədi - FOTO

PKK-nın silahlı qolu olan HPG-nin lideri Murad Qarayılan Diyarbəkirdə öldürülən iki nəfərlə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, PKK-çı lider həkim Abdulla Biroğlu və Fırat Sınpilin ailəsindən üzr istəyib:

“Fırat Sınpıl və doktor Biroğlunun ailəsi bilməlidir ki, tamamilə təsadüfdən olub. Kədərimizi paylaşırıq. HPG üzr istəyir”.

Bununla yanaşı “Sterk TV”-nın aparıcısı Amed Diclə Qarayılanın axşam saatlarında yayımlanacaq reportajından vacib açıqlamalar paylaşıb.

Xatırladaq ki, avqustun 30-da polis avtomobilinin partladılması nəticəsində 13 yaşlı Fırat Sımpil həlak olmuşdu. Avqustun 31-də isə avtomobilləri saxlayıb sənəd yoxlaması aparan PKK-çıların qaçan avtomobilə atəş açması nəticəsində doktor Abdullah Biroğlu vəfat edib.

Tvitter sosial şəbəkəsində paylaşılan açıqlamaları təqdim edirik:
PKK üzr istədi - FOTO

скачать dle 12.1
Xəbər lenti