İspaniyada parlament seçkilərində hakim partiya qalib gəlib

22-12-2015, 01:57
0
İspaniyada parlament seçkilərində hakim partiya qalib gəlib
Son 4 ildə İspaniyada hakimiyyətdə olan sağçı Xalq partiyası parlament seçkilərində qalib gəlib, lakin qanunverici orqanda mütləq əksəriyyəti itirib.
 
Bu barədə İspaniya Daxili İşlər Nazirliyinin saytında dərc olunan səsverməyə dair ilkin məlumatlar deməyə əsas verir.
 
Səslərin 16 faizinin hesablanmasına görə, Xalq partiyası parlamentdə 118 mandat alacaq. Mandatlara görə ikinci yeri İspaniya Sosialist Fəhlə Partiyası (97 mandat), üçüncü yeri "Podemos" (63), dördüncü yeri isə "Vətəndaşlar" sağmərkəzçi partiya (27) tutur.
скачать dle 12.1
Xəbər lenti