Rusiya baş nazirinin müavini Dmitri Roqozin tirdə məşq atışı zamanı öz ayağından vurub. Bu barədə hadisənin şahidi “İnterfaks”a açıqlamasında deyib.
Roqozinin prezidentin hökumət üzvləri ilə son görüşündə iştirak etməməsinin səbəbi də budur.
“Roqozin təsadüfən ayağını yaralayıb və hazırda Moskva xəstəxanalarının birindədir. Onun saölamlığına hər hansı təhlükə yoxdur”, – deyə mənbə bildirib.