Ravvin Benzi Gopstein: "Qüdsdəki kilsələr yandırılsın"

3-01-2016, 17:05
0
Ravvin Benzi Gopstein: "Qüdsdəki kilsələr yandırılsın"
israilli sağçı ekstremist ravvin Benzi Gopstein işğal altındakı Qüdsün kilsələrinin bu şəhərdəki yəhudi olmayanların zəiflədilməsi məqsədilə yandırılmasını dəstəklədiyini deyib.
 
"Haaretz"ə açıqlama verən ravvin Gopstein belə deyib: "Təbii ki, xristianların Qüdsdəki mövcudluğundan məmnun deyilik, bunu əməllərimizlə və əməlimizlə göstərməyimiz lazımdır.
 
Sionist Ravvin xristianların Qüdsdə güclənməsinə mane olunmasını və xristianlıqla bağlı dini fəaliyyətlərin bu şəhərdə keçirilməsinə qarşı çıxılmasını tələb edib.
 
Gobstein, Qüdsdə üç xristian kilsənin yandırılmasında, xristianların təqib edilməsində və bu şəhərdəki fəaliyyətlərinə qarşı mane törədilməsində ittiham edilən radikal sağçı Lehava təşkilatının sədridir.
скачать dle 12.1
Xəbər lenti