ABŞ-da ata iki yaşlı oğlunu öldürdükdən sonra intihar edib
7-01-2016, 14:35
0
ABŞ-da ata iki yaşlı oğlunu öldürdükdən sonra intihar edib
ABŞ-ın Corciya ştatının Buford qəsəbəsində yaşayan şəxs iki yaşlı oğlunu təxminən 18 saat girov saxladıqdan sonra qətlə yetirib, daha sona isə özünü güllələyərək intihar edib. Bu haqda Qvinnett ərazisinin polis idarəsindən bildirilib.
Hadisə 43 yaşlı Tay Xo və onun qeyri-rəsmi həyat yoldaşı arasındakı münaqişədən başlayıb. Qadının oğullarından biri polisə zəng edərək silahlı şəxsin onun anasına hücum etdiyi haqda xəbər verib. Onun sözlərinə görə, həmin adam evdəki hər kəsi güllələyib özünü də öldürəcəyi ilə onları təhdid edib .
Kişi ilk öncə öz həyat yoldaşını və daha bir neçə şəxsi girov götürüb, lakin sonra, ikiyaşlı oğlundan başqa, hamını azad buraxıb.
Kişinin qaldığı evdən silah səsləri eşidildikdə xüsusi təyinatlılar hücuma keçib. Bu zaman oğlunu öldürən ata intihar edib.
скачать dle 12.1