Fransa hökuməti radikal təşkilatlarla mübarizəyə başlayıb
14-01-2016, 16:58
0
Fransa hökuməti radikal təşkilatlarla mübarizəyə başlayıb
Son günlər ərzinə Fransanın Lani-sür-Marn şəhərində 3 məscid bağlanıb.
Fransa hökuməti müharibəyə səsləyən və cəmiyyətdə nifrətin yaranmasına səbəb olan təşkilatlara qarşı mübarizəyə başlayıb.
Hazırda Fransa ərazisində fəaliyyət göstərən 3 radikal islam qruplaşmasının bağlanması haqda qərar qəbul edilib.
Hüquq mühafizəçilərinin sözlərinə görə, həmin qruplaşmalar rəsmən "mədəni assosiasiyalar" kimi tanınsa da, həqiqətdə terrorizmi təbliğ edib.
Təşkilatlardan ən böyüyü olan "Fitrətə qayıdış" qruplaşmasının üzvləri sivilizasiyanın bütün nemətlərini müsəlmanlar üçün haram bilir. Bu ideologiyanın əsas təbliğatçısı isə yerli məscidlərdən birinin imamıdır. Onun fransızları təşkilata cəlb edərək Suriyaya yolladığı məlum olub. Məsciddə aparılan axtarış zamanı İŞİD-i tərif edən videoyazılar və digər ekstremist materiallar aşkar edildikdən sonra məscidin fəaliyyəti dərhal dayandırılıb.
скачать dle 12.1