Suriyanın Latakiya şəhərində hərbçilər döyüş zonasında mühasirəyə alınmış terrorçuların radiomesajını ələ keçiriblər. Salma ətrafındakı yüksəkliklərdən bunu etmək çətin deyil .
Danışıqların hamısı ərəb dilində Fars körfəzi ölkələrinin ləhcəsilə aparılır.
Ələ keçən mesajlardan birində deyilir: "Şeyx, şeyx, onlar 1112 hündürlüyündə bizim ordumuzu bombardman ediblər. Biz geri çəkilirik. Yaralıları Türkiyəyə göndərmək lazımdır".
Açıq xətt üzrə aparılan bü cür danışıqlar Suriya raketçilərinə hədəfi müəyyən etməkdə yardım edir.
Mesaj alınandan bir neçə dəqiqə sonra terrorçuların maşını partladılıb və onların Türkiyəyə keçmələrinin qarşısı alınıb.