Türkiyədə müxalif liderlərin toxunulmazlığının ləğvi tələb olundu
15-01-2016, 16:59
0
Türkiyədə müxalif liderlərin toxunulmazlığının ləğvi tələb olundu
Türkiyə parlamentində təmsil olunan müxalifət partiyalarının liderlərinin toxunulmazlıqları məsələsinin qaldırılması tələb edilir.
Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Dəmirtaş haqqında qərar Türkiyə Baş Nazirliyi tərəfindən parlamentə təqdim edilib.
Adı çəkilən şəxslərlə yanaşı daha 48 deputatın da toxunulmazlığının qaldırılması tələb edilir.
Türkiyə parlamenti məqbul hesab edəcəyi təqdirdə bu şəxslərin toxunulmazlıqları ləğv ediləcək.
скачать dle 12.1