Məlumata görə, ərəb ölkələrində özünəməxsus fikirləri ilə tanınan və bəzi hallarda isə qeyri-adi açıqlamalar sərgilədiyi üçün gülüş obyektinə çevrilən Dubayın polis rəisi bu dəfə də maraqlı çıxış edib.
Zahi Xəlfan Təmim özünün twitter səhifəsində İranla Qərb arasında nüvə anlaşmasından narazılığını özünəməxsus formada ifadə edərək, belə deyib: “Barak Obama əslən şiədir və ABŞ-İran əlaqələrini yaxınlaşdırmaq və bu ölkənin hərbi nüvə proqramının qarşısını almaq üçün seçilib.”
Zahi Xəlfan daha sonra ironiya ilə deyib: “Ehtimal edilir ki, Obama İrana səfər edərək, Qum, Məşhəd və bu ölkədəki böyük Hüseyniyyələri də ziyarət etsin.”