Misirdə Rusiya laynerinə bomba gətirənin kimliyi bəlli olub

28-01-2016, 16:30
0
Misirdə Rusiya laynerinə bomba gətirənin kimliyi bəlli olub


Terrorçu sonuncu dəfə Türkiyədə görülüb.

Misir hüquqmüdafiə orqanlarının və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları Rusiyanın A321 təyyarəsində terror aktı həyata keçirən bir neçə terrorçunun kimliyini müəyyənləşdirib.

Xüsusi xidmət orqanlarının əməkdaşları müəyyən ediblər ki, partlayıcı qurğunu təyyarəyə Şarm əl-Şeyx aeraportuna təzə işə düzəlmiş şəxs gətirib.  Bombanın yük yerində olduğu düşünülür. Partlayıcı qurğu çantaya yerləşdirilməmişmiş.

Terrorçu bombanı göyərtəyə gətirdikdən sonra aradan çıxıb. Sonuncu dəfə o, Türkiyədə görülüb. Xüsusi xidmət orqanları onun daha 5 tərəfdaşını axtarırlar.

 

Xatırladaq ki, ötən ilin oktyabr ayının 31-də  Rusiya və Sovet  aviasiyasının ən böyük faciəsi baş verdi: Şarm əl-Şeyxdən  Sankt-Peterburqa uçan «Koqalımavia» aviakompaniyasına məxsus Airbus A321 layneri Sinay yarımadasında terrora məruz qalır. Göyərtədə 217 sərnişin və 7 heyət üzvü olub. Onların hamısı həlak olub.

 

скачать dle 12.1
Xəbər lenti