"Müsəlmanları dənizə tökün" - Yunan nazirə belçikalı həmkarından TƏKLİF

29-01-2016, 16:41
0
"Müsəlmanları dənizə tökün" - Yunan nazirə belçikalı həmkarından TƏKLİF
"Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub-boğulmayacaqları məni maraqlandırmır".
 
Yunanıstanın miqrantlarla iş üzrə naziri İoannis Mouzala Hollandiyada Yaxın Şərqdən və Afrika ölkələrindən Avropaya köçən müsəlman miqrantlarla bağlı keçirilən tədbirdə çıxış zamanı bildirib ki, bu şok tələbi belçikalı həmkarı Teo Françe irəli sürüb. 
 
Tədbirin aparıcısının "yəni belçikalılar problemin həlli üçün sizdən miqrantları dənizə tökməyi istədilər?" sualına yunan nazir "bəli" deyə cavab verib.
 
Adıçəkilən belçikalı nazir isə bunu yalan iddia adlandırıb və deyilənləri təsdiq etməyib.
скачать dle 12.1
Xəbər lenti