İŞİD Mosulu tərk edəcəyini açıqladı

16-02-2016, 12:08
0
İŞİD Mosulu tərk edəcəyini açıqladı

“Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, İraq ordu və könüllü qüvvələri İŞİD terror qruplaşmasının ikinci paytaxtı kimi tanınan Mosul şəhərini geri almaq üçün geniş əməliyyat planı hazırlayıb.

Suriya və İraqda ciddi məğlubiyyətlərlə üzləşən terror qruplşamasının qorxu içində olduğu vurğulanır.

Belə ki, əldə olunan dəqiq məlumatlara əsasən terror qruplaşması Mosul şəhərində səsgücləndiricilər vasitəsilə əhaliyə müraciət edərək bildirib ki, yaxın zamanlarda bu şəhəri tərk edəcəklər. Qruplaşma amma onu da vurğulayıb ki, bu iş müvəqqəti xarakter daşıyır və onlar tez bir zamanda yenidən Neynəva vilayətinin mərkəzi sayılan Mosula geri dönəcəklər.

Məlumatı kürddilli “ARA” agentliyi də təsdiqləyib. Agentliyin yazdığına görə, ötən cümə günü İŞİD-in xətiblərindən biri də bu movzuya toxunaraq, yaxın zamanda şəhəri tərk edəcəklərini bildirib.

Xatırlatmaq lazımdır ki, Suriyada İŞİD-in xilafət mərkəzi kimi tanınan Raqq şəhəri də artıq getdikcə mühasirəyə alınmaqdadır. Artıq Suriya ordusu iranlı generalların və Rusiya Hərbi Hava Qüvvələrinin köməyi ilə Raqqa vilayətinin sərhəddində yerləşiblər. Görünür İŞİD-in İraqdakı paytaxtı ilə Suriyadakı paytaxtına qarşı əməliyyatlar təxminən eyni zamanda başlanacaq.

скачать dle 12.1
Xəbər lenti