Ərdoğan Gəncəyə yox, Bakıya gələsi oldu

17-02-2016, 23:09
0
Ərdoğan Gəncəyə yox, Bakıya gələsi oldu
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçiriləcəyi yer dəyişdirilib.
 
Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Gəncədə keçirilməsi nəzərdə tutulan görüş Bakıda olacaq.
 
Dəyişikliyə Gəncədəki güclü duman səbəb olub.
 
"Əvvəlcədən xəbər verildiyi kimi, iclasda iştirak etmək üçün fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək", - səfirlikdən bildirilib.
скачать dle 12.1
Xəbər lenti