Türkiyədə əsgər konvoyunu işıqforda partladıblar - RƏSMİ AÇIQLAMA
17-02-2016, 23:12
0
Türkiyədə əsgər konvoyunu işıqforda partladıblar - RƏSMİ AÇIQLAMA
Türkiyənin Baş Qərargah rəhbərliyi Ankarada Türk Silahlı Qüvvələri heyətini daşıyan hərbi konvoya bu gün Bakı vaxtı ilə 20:31-də İnönü prospektində yerləşən qovşaqda işıqforda gözləyərkən partladıldığını açıqlayıb.
Baş Qərargahın rəsmi internet saytından yayımlanan yazılı açıqlamada təcavüz şiddətlə qınanıb:
17 fevral 2016-cı il saat 18:31-də Türk Silahlı Qüvvələri personalını daşıyan xidməti maşınlara İnönü prospektində yerləşən qovşaqdakı işıqforda gözlədikləri vaxt bir terror aktı həyata keçirildi.
Alçaqcasına və namərdcəsinə keçirilən bu hücumu şiddətlə qınayır, hücumda həyatını itirən qəhrəman silah və iş yoldaşlarımıza, vətəndaşlarımıza Allahdan rəhmət və ailələrinə başsağlığı, yaralı qəhrəman silahdaşlarımıza, həmkarlarımıza və vətəndaşlarımıza isə təcili şəfalar diləyirik."
скачать dle 12.1