Rusiyanın Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski “Poedinok” televiziya verilişində Türkiyəyə qarşı kəskin fikirlər səsləndirib. Qalmaqallı siyasətçi Türkiyənin işğal edilməsinin, bombalanmasının, orada terror aktları keçirməyin lazım olduğunu bildirib və bu işdə ermənilərdən, kürdlərdən, yunanlardan, bolqarlardan istifadə oluna biləcəyini deyib.