Suriya: “Bəzi ölkələr atəşkəs rejimindən sui-istifadə etməyə çalışır”

28-02-2016, 20:41
0
Suriya: “Bəzi ölkələr atəşkəs rejimindən sui-istifadə etməyə çalışır”

Suriyada ötən gündən gerçəkləşən atəşkəs rejiminin dayanıqlı olmasında ciddi şübhələr mövcuddur.

Belə güman olunur ki, ABŞ və müttəfiqləri atəşkəs rejimini gözdən pərdə asmaq üçün həyata keçirməyə çalışıblar. Con Kerri atəşkəs rejimi pozularsa “B PLANI”nın işə düşəcəyindən danışıb. Rusiya isə atəşkəs anlaşmasında hər hansi bir ikinci plan haqda danışılmadığını bəyan edir.

Səudiyyə rejiminin Türkiyənin İncirlik bazasına hərbi təyyarələrini göndərməsi, Con Kerrinin yaxın vaxtlarda BƏƏ, Səudiyyə Ərəbistanı və ABŞ-ın Suriyada İŞİD-ə qarşı birgə əməliyyatlardan danışması, adıçəkilən ölkələrin hiyləgər planlarından xəbər verir.

Suriyanın milli barışıq naziri Əli Heydər bildirib ki, yadelli qüvvələr baş tutan atəşkəs rejimindən yararlanmağa çalışırlar. “Onlar çalışırlar ki, bu rejimdən istifadə edərək, qüc balansını öz xeyrlərinə dəyişib, yenidən hər hansı bir bəhanə ilə alovu qızışdırsınlar”, deyə suriyalı nazir vurğulayıb.

скачать dle 12.1
Xəbər lenti