Almaniya sərhədlərini məcburi qaçqınların üzünə bağlamaq istəyir

2-03-2016, 17:57
0
Almaniya sərhədlərini məcburi qaçqınların üzünə bağlamaq istəyir
Avropa Birliyinin aparıcı dövləti olan Almaniya Federativ Respublikası öz sərhədlərini məcburi köçkünlərin üzünə  bağlaması ehtimalını nəzərdən keçirir. Almaniyanın "Welt" qəzeti yazır ki, ölkənin Daxili İşlər Naziri Tomas de Mazyer Yaxın Şərq və Afrikadan gələn miqrantların qarşının alınması üçün dövlətə plan hazırlamağı tövsiyə edib. 
 
Hazırlanacaq plan o zaman işə salınacağ ki, məcburi qaçqınların sayı nəzərəçarpacaq dərəcədə çoxalacaq. Nazir deyib ki, Angela Merkelin "açıq qapı" siyasəti gələcəkdə ölkənin siyasi idarəetmə eşalonunda narazıçılıqla qarşılanacaq. 
 
Almaniya hökümətinin bu siyasəti Avropa Birliyinin digər dövlətlərində də narahatlıq yaradıb. Avropa dövlətlərinin rəsmi dairələri Almaniyanın bu addımı atacağı təqdirdə ölkələrinin məcburi qaçqın yüklənməsindən əziyyət çekəcəyindən narahatdırlar.
 
скачать dle 12.1
Xəbər lenti