Moskvaya son 50 ildə rekord həddə qar yağıb
2-03-2016, 17:58
0
Moskvaya son 50 ildə rekord həddə qar yağıb
Rusiya paytaxtına rekord səviyyədə yağıntı düşüb.
Dünən gecə saatlarından yağmağa başlayan qar 1966-cı ildə paytaxta yağan qarın miqdarında olub. Hidrometeoroloji Mərkəzdən bildirilib ki, dünən gecə ərazində Moskvaya aylıq normanın 70 faizindən çox yağıntı düşüb.
Qarın hündürlüyü bəzi yerlərdə 50 santimetrə bərabər olub.
Paytaxtda güclü qar yağması nəticəsində avtomobil yollarında kilometrlərə tıxaclar yaranıb.
Güclü yağıntının düşməsi Moskvanın hava limanlarının fəaliyyətinə də təsir edib. Belə ki, paytaxt aeroportlarında 100 aviareys təxirə salınıb.
скачать dle 12.1