İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin sədri Pyer Ferdinandi Kazini İŞİD-ə qarşı "Müqəddəs alyans" yaratmağın zamanının yetişdiyini deyib. Senator bildirib ki, "Müqəddəs alyans" ın yaradılmasında ABŞ, Avropa, Rusiya Federasiyası və Ərəb ölkələrinin bir araya gəlməsinə ehtiyac var.
Xatırladaq ki, dünən Livanda iki İtalyan hərbiçi terroristlər tərəfindən edam edilib. Buna işarə edən senator geyd edib ki, İtaliya dağıdıcı bəladan kənarda deyil və İtaliya Avropa Birliyinin aparıcı ölkəsi olaraq gözləniləcək təhlükənin gözətçisi olmalıdır.