Türkiyənin İstanbul şəhərində Kadıköy rayonunda 8 mart münasibəti ilə aksiya keçirmək istəyən qadınlara polis sərt davranıb. Çoxlu sayda qadınların saxlanıldığı aksiyada polislər qadınlara "Şüar səsləndirməyin, vuraram", "Siz evə gedin, kişilər gəlsin", - deyə qışqırıb. Aksiyaçıların dağılmadığını görən polis qadınların üzlərinə bibər qazı sıxıb, plastik mərmilərdən istifadə edib.