Suriyanın taleyini İsrail rejimi müəyyənləşdirir

15-03-2016, 13:49
0
Suriyanın taleyini İsrail rejimi müəyyənləşdirir
İsrail rejiminin müdafiə naziri Moşe Yaalon Suriyada müvəqqəti atəşkəsdən sonra ölkəni birləşdirəcək siyasi baxışların işə yaramadığını bildirərək, Suriyanın federal sistemə keçməsi lazım olduğunu söyləyib.
 
ABŞ müdafiə naziri Eşton Karter ilə görüşmək üçün Vaşinqtona səfər edən Yaloon, görüş ərəfəsində beyin mərkəzi "Vudro Vilson"da çıxış edib. O, çıxışında Suriyanı bütöv şəkildə qorumağın mümkün olmadığını fikrini səsləndirib.
 
Yaalon, "Suriyada federalizm kimi bir quruluşun lazım olduğuna inanırıq. Suriyada bütövlüyün təmin olunması sadəcə bir arzudur. Bunlar, Suriya üzərində aparılan strateji və yalnız xoş niyyətli münasibətlərdir", - deyib.
 
Suriyada federal sistem üçün onsuz da hazırda bəzi qruplar olduğunu söyləyən Moşe Yaloon belə davam edib:
 
"Suriyada federalizm olacaqsa, onsuz da Bəşşar Əsəd rəhbərliyi altında bir Ələvistan var, ölkənin 30 faizinə nəzarət edir. Türklər çox xoşbəxt olmasa da, Kürdüstan da var. Suriyada və İraqda kürdlərin bölgələri var. Dürzistan da ola bilər. Onsuz da hazırda da bunu edirlər".
 
Qeyd edək ki, Yaalonun bu açıqlamasından bir neçə gün əvvəl mediada Suriyanın bölünmüş xəritəsi paylaşılıb. Xəritədə Suriya paramparça edilərək, terror təşkilatlarının hazırda nəzarət etdiyi ərazidə, ölkənin az qala 60-70 faizlik bir hissəsində böyük bir dövlət yaradılıb. Bu isə onu deməyə əsas verir ki, İŞİD terror təşkilatının hazırd qurduğu qondarma dövləti Qərb ölkələri İsrail rejiminin müdafiə nazirinin təqdim etdiyi variant üzrə getdikcə tanıyacaqlar. İlk gündən Suriya üçün cızılan plan da bu idi. 
скачать dle 12.1
Xəbər lenti