ABŞ Səfirliyindən Türkiyədə yeni terror xəbərdarlığı
15-03-2016, 13:50
0
ABŞ Səfirliyindən Türkiyədə yeni terror xəbərdarlığı
ABŞ Səfirliyinin Kızılay terror hücumundan iki gün öncə, cümə günü Ankarada keçiriləcək terror hücumu xəbərdarlığı yaddaşlardan silinməmiş, səfirlikdən yeni terror xəbərdarlığı səsləndirilib. ABŞ şirkətlərinə göndərilən kəşfiyyat xəbərində 20 mart tarixində terror olacağı bildirilib.
Səfirlikdən göndərilən məktubda dövlət və hökumət binaları kimi terrorun hədəfi ola biləcək yerlərdən uzaq dayanmaq tövsiyə edilib, dövlət binaları, hərbi korpuslar, diplomatik missiyalar, meydanlar, ibadət yerləri və turist yerlər kimi kütlənin sıx olduğu ərazilərə diqqət çəkilib.
Həmçinin məlumatda, Novruzun həftə sonuna düşməsinə görə hadisələrin artacağına xüsusi işarə vurulur: "Kütləvi toplantıların olduğu hər yerdən uzaq durun. Hədəf ola biləcək yerlərdən (hökumət müəssisələri, səfirliklər kimi) uzaq durun. Yollarınızı bu həftə üçün dəyişdirin. Ailənizi və yaxınlarınızı vəziyyətdən xəbərdar edin".
Xatırladaq ki, TÜrkiyədə baş vermiş son terror hadisəsindən 2 gün öncə ABŞ Səfirliyi vətəndaşlarını terror barədə xəbərdar etmişdi. Amma Türkiyənin kəşfiyyat orqanlarının bu barədə nəyə görə xəbərdar edilməməsi hələ də qardaş ölkənin mediasının gündəmindədir.
скачать dle 12.1