“Almasirah” telekanalına istinadən verdiyi məlumata görə, Yəmən ordusu və könüllüləri Səudiyyə Ərəbistanı üçün döyüşən 176 muzdlunu əsir götürüb.
Onlar Məariv vilayətinin “Əl-Vətiyyə” məntəqəsində yerləşən bazalarına gedərkən Yəmən ordu və xalq qüvvələrinin pusqusuna düşüblər.
Telekanalın verdiyi məlumata əsasən təkcə ötən həftə 300-ə yaxın muzdlu döyüşçü Bəyza və Məarib vilayətlərində ordu tərəfindən əsir götürülüb.
Eyni zamanda bu gün səhər Yəmən ordusu işağlçı qüvvələrin yerləşdiyi Tədavin hərbi bazasını “Qahir-1” ballistik raketi ilə hədəfə alıblar. Hələ ki, ölən və dağıntılar barədə məlumat verilməyib.