ABŞ Federal İstintaq Bürosu ilə Apple arasındakı "şifrə müharibəsi" bitdi
29-03-2016, 13:43
0
ABŞ Federal İstintaq Bürosu ilə Apple arasındakı "şifrə müharibəsi" bitdi
ABŞ Federal İstintaq Bürosu (FBI) ilə texnologiya nəhəngi Apple arasındakı "şifrə müharibəsi" sona çatdı.
2015-ci ilin dekabr ayında ABŞ-ın San Bernardino şəhərində terror hücumu təşkil edən Rıdvan Faruka aid iPhone-nun şifrəsinin sındırılması ilə bağlı yardım tələb etdiyi Apple-dan mənfi cavab alan FBI, sözügedən iPhone-nun şifrəsinin Apple-nin köməyi olmadan qırıldığını açıqlayıb.
ABŞ Ədliyyə Nazirliyi bazar ertəsi günü Kaliforniya ştatındakı federal məhkəməyə təqdim etdiyi ərizədə, "ABŞ hökuməti uğurlu şəkildə Farukun iPhone-nundakı məlumatları əldə edib. Bu səbəbdən Apple-nin yardımına artıq ehtiyac yoxdur", - deyə bildirib.
Nazirlik sözçüsü Melanie Nyuman da yazılı açıqlamasında, hazırda FBI-nın sözügedən iPhone-dakı məlumatları aparılan istintaq çərçivəsində qiymətləndirdiyini bildirib.
Xatırladaq ki, ötən cümə günü FBI ABŞ hökumətilə əlaqəsi olmayan və adı açıqlanmayan bir mənbədən sözügedən iPhone-nin şifrəsinin sındırılması haqqında yardım təklifi aldığı və bu səbəbdən də Apple ilə olan məhkəmə iclasının 5 aprelə qədər təxirə salınmasını istəmişdi.
скачать dle 12.1