Erməni hərbi birləşmələri Qarabağ cəbhəsindəki son döyüşlərdə 8 yüksəkliyi itirdiklərini etiraf ediblər. Bu barədə qondarma DQR Müdafiə Nazirliyi özünün tvitter səhifəsində məlumat paylaşıb.
Məlumatda deyilir ki, erməni tərəfdən 20 hərbçi ölüb, 73-ü yaralanıb, 26-ı isə itkin düşmüş sayılır. Bundan başqa erməni hərbi birləşmələri 7 tank itirib. Ermənilərin nəzarətində olan mövqelərdən 5-i cənub cinahında, 3-ü isə şimal cinahında olmaqla 8 istehkam itirilib.