Liviya xalqını qanla boğub məsuliyətdən yayınan Hillari Klinton prezident olmaq istəyir

15-04-2016, 18:13
0
Liviya xalqını qanla boğub məsuliyətdən yayınan Hillari Klinton prezident olmaq istəyir
NATO-nun Liviyaya müdaxiləsi dövründə dövlət katibi olan Hillari Klinton ABŞ-da seçki yarışı zamanı debatlarda bəyan edib ki, ABŞ-ın Müəmmər Qəddafinin devrilməsi yönündə atdığı addımları düzgün olub. Uğur olmamasını isə o, liviyalıların müqaviməti ilə əlaqələndirib. 
 
Sabiq dövlət katibi qeyd edib ki, Liviyada Amerika siyasətinin nailiyətlərlə ilə fəxr edir və böhrana görə özünü məsuliyətli hesab etmir.
 
TASS agentliyinə istinadən  verdiyi məlumata görə, Klinton, "Mən hesab edirəm ki, biz Qəddafinin devrilməsindən sonra Liviya xalqına əla kömək etdik. Liviya xalqı demokratik şəraiti üçün hüquq qazandılar", - deyə bildirib. 
 
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvin Liviyaya müdaxilə planındakı çatışmazlıq olduğunu bəyanlayıb. 
 
Müəmmər Qəddafinin devrilməsi üçün ABŞ, Fransa, İtaliya və bir sıra digər NATO üzvü olan ölkələrin də sırasına daxil olduğu koalisiyanın 2011-ci ildə hərbi müdaxiləsindən sonra Liviyada başlayan vətəndaş müharibəsi hələ də davam edir.
скачать dle 12.1
Xəbər lenti