Hindistan yeni raket sınağı həyata keçirdi

17-05-2016, 00:40
0
Hindistan yeni raket sınağı həyata keçirdi

Hindistan öz istehsalı olan orta mənzilli yer-yer tipli “Prithvi-II” raketini uğurla sınaqdan çıxarıb.

Hindistan balistik raket əleyhinə müdafiə proqramı çərçivəsində  keçirilən sınaqda, raketinin uçuş rejimində müxtəlif parametrləri yoxlanılıb. Raket Odişa ştatında Çandipur poliqonundan buraxılıb.

Yer-yer tipli “Prithvi-II” raketi 500 kq – 1 ton ağırlıqda döyüş başlıqları daşıya bilir. Hərəkət məsafəsi 350 km, çəkisi 4,6 tondur.

Raket Hindistanın müdafiə tədqiqatları ilə məşğul olan təşkilatı tərəfindən hazırlanıb.

скачать dle 12.1
Xəbər lenti