Moldovada mitinqlər yenidən start götürdü - Özəl Xəbər

6-09-2015, 19:19
0
Moldovada mitinqlər yenidən start götürdü - Özəl Xəbər

Moldova paytaxtı Kişinyovda hökumətə qarşı mitinqlər təkrar start götürüb. Mitingin təşkilatçılığını “Ləyaqət və ədalət” Hərəkatı edib.

qaynarxeber.org saytına Moldovadakı mənbə, "Bu ilin aprel ayından bu cür hökumət əleyhinə mitinglər başlamışdı. Sonra yay tətili səbəbilə mitinglər tətil etmişdi. Lakin təkrar mitinglər start götürüb və etirazçıların dayanmaq fikirləri yoxdu. Hesab edilir ki, bu cür mitinglər hər həftə davamlı olaraq keçiriləcək. Bunu etirazçılar və təşkilatçılar deyir" deyə bildirib.

Məlumatda həmçinin etirazçıların keçən il ortaya çıxan 1 milyard avronun hesabını tələb etdikləri bildirilib. "Keçən il Antikorrupsiya İdarəsi araşdırmaları nəticəsində üç kommersiya bankından ümumilikdə 1 milyard avro çıxarılmış və sonradan həmin pulun yoxa çıxdığını aşkar etmişdilər. Bundan sonra xalq etirazları başlamışdı. Bu gün paytaxt Kişinovda keçirən mitingdə də etirazçılar həmin pulların geri qaytarılması, Milli Bankın, Baş Prokurorun və bir sıra hökumət nümayəndələrinin istefasını tələb edirdilər" deyə mənbə bildirib.

Həmçinin o da qeyd edilir ki, ilin əvvəlində olan mitinglər öncəsi hökumət bütün muzeyləri pulsuz etmiş, konsert programları təşkil etmiş və teatrlara pulsuz bilet paylamışdı. Bununla da mitinqə qatılan insanların qarşısını almağı planlaşdırmışdı. Hazır da da eyni üsula əl atan hökumət bu gün şəhər mərkəzində bir sıra müğənnilərlə konsert proqramı təşkil etsə də, nə müğənnilərin bir çoxu, nə də xalq həmin konsertə həvəs göstərib.

Mitingdə ümumilikdə 70-80 min nəfər arası insan iştirak etdiyi bildirilib.

Qeyd edək ki, ilin əvvəlində başlayan mitinqlərdə hər dəfə qatılan etirazçı sayı artaraq davam etmişdi. İlk mitinqə 30 minin üzərində adam qatılmışdısa, bu rəqəm daha sonra 40-50 minə yüksəlmişdi.

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti