Baş nazir şəxsi evini miqrantlara verir – «Avropaya nümunə olsun!»

6-09-2015, 19:29
0
Baş nazir şəxsi evini miqrantlara verir – «Avropaya nümunə olsun!»

Finlandiyanın baş naziri Yuxa Sipilya bəyan edib ki, öz şəxsi evini ölkəyə gələn miqrantlara verməyə hazırdır.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, baş nazir bu addımının digər Avropa Birliyi ölkələrinə nümunə olmasını istəyir.

Sipilya həmçinin yerli sakinlərə müraciət edərək onları savaşdan və yoxsulluqdan Avropaya qaçan miqrantlar məsələsində həmrəy olmağa çağırıb.

Qeyd edək ki, bu ilin əvvəlindən Finlandiyaya 7 minə yaxın miqrant gəlib. Onlar Finlandiya hökumətindən sığınacaq istəyiblər. Ölkənin Miqrasiya Xidmətindən bildiriblər ki, Finlandiyaya gələn miqrantların  əksəriyyəti İraq vətəndaşlarıdır.

скачать dle 12.1
Xəbər lenti