Ankaradan dünyaya mesaj - Heç kim “valyuta müharibələri” arzulamır

6-09-2015, 19:30
0
Ankaradan dünyaya mesaj - Heç kim “valyuta müharibələri” arzulamır

Türkiyənin paytaxtı Ankarada bir araya gələn 20 ölkənin (G20) maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərininm  toplantısı bu gün başa çatıb. İki gün davam edən  toplantıda dünyada maliyyə siyasəti, milli valyutaların kurs dəyişiklikləri, Çindəki iqtisadi vəziyyət əsas müzakirə mövzusu olub.

Toplantıda Çin nümayəndə heyəti birjlarda vəziyyətin sabitləşməsi, yuannın kursunun dəyişməsi ilə bağlı problemlərin həlli üçün həyata keçirilən tədbilərin təqdimatını ediblər. Rusiya KİV-nə açıqlamasında Rusiya maliyyə nazirinin müavini bildirib ki, G20 üzvləri Pekinin addımlarına dəstək ifadə ediblər.

Toplantının sonunda Ankara bəyyannaməsi qəbul olunub. Bəyyannamədə qeyd olunur ki, milli valyutaların kursu bazar mexanizmləri əsasında formalaşmalıdır. Sənəddə dünyada iqtisadi inkişafın təmin olunması üçün razılaşdırılmış addımların atılması da xüsusi qeyd olunub.

G20 dünyanın inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrini birləşdirir. Bu ölkələr dünya ÜDM-nin 85% istehsal edirlər. Bu ilə G20-yə Türkiyə sədirlik edir.

Toplantının yekunlarını şərh edən ekspertlər qeyd edirlər ki, bu cür tədbirlər daha çox konsultasiya xarakteri daşıyır və adətən, qərarlar tövsiyyə xarakterli olur. Bu cür toplantılar iştirakçılara dünya iqtisadiyyatında əsas rol oynayan ölkələrin maliyyə və iqtisadi siyasətləri ilə bağlı baxışları, yanaşması ilə tanış olmaq imkanı verir. Bu dəfəki toplantının isə çox vacib əhəmiyyəti vardı. İştirakçılar özləri üçün aydınlaşdırmaq istəyirdilər ki, “Mümkün “valyuta müharibələri” ehtimalı nə dərəcədə realdır?”, “Pekin iqtisadi zəifləmə və birjaların çökməsindən meydana gələn problemləri həll edə biləcəkmi?” . Hələ ki toplantıdakı müzakirələr barədə ətraflı məlumatlar açıqlanmır. İlkin siqnallar göstərir ki,  heç kim “valyuta müharibələri” arzulamır. Aparıcı ölkələr də öz məsuliyyətlərini dərk edirlər. Artıq dünya iqtisadiyyatında aparıcı oyunçularında vəziyyətin sabitləşməsi üçün birgə addımların vacibliyi qənaəti də möhkəmlənib.

Strateq.az

скачать dle 12.1
Xəbər lenti