Yunanıstanın Soloniki şəhərində Türkiyə konsulluğuna hücum olub. Türkiyə mətbuatının verdiyi məlumata görə, bir qrup maskalı şəxs konsulluğun binasına molotov kokteyli atıb. Konsulluğun binasının yaxınlığına 20-ə yaxın partlayıcı maddə atılıb. Polis hücum edən şəxsləri saxlaya bilməyib.
Xatırladaq ki, bundan əvvəl də Solonikidə oxşar hadisə baş verib.