Dubay hava limanında təyyarə yandı VİDEO

3-08-2016, 17:15
0
Dubay hava limanında təyyarə yandı VİDEO

Dubay hava limanı “Emirates” şirkətinə məxsus təyyarənin uğursuz enişindən sonra bağlanıb. Bu barədə Hava Nəqliyyatının Təhlükəsizliyi üzrə Avropa Təşkilatından (Eurocontrol) məlumat verilib.

“Dubay aeroportu növbəti xəbərdarlığa qədər gələn təyyarələri qəbul etmir” -“Eurocontrol”un məlumatında bildirir.

Şəhər aeroportunda reyslərdə təqribən 4 saat gecikmə olacağı gözlənilir.

Qeyd edək ki, Hindistanın Tiruvanantapuram şəhərindən havaya qalxan “Emirates” aviaşirkətinə məxsus təyyarə Dubay beynəlxalq hava limanında uğursuz eniş edib. Bütün sərnişinlər uğurla evakuasiya edilib, xəsarət alan yoxdur.

скачать dle 12.1
Xəbər lenti