Səudiyyə Ərəbistanının neft hasilatı rekord səviyyədə

10-08-2016, 15:58
0
Səudiyyə Ərəbistanının neft hasilatı rekord səviyyədə

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı, yay aylarında artan daxili tələbatı ödəmək üçün, İyul ayında gündəlik 10.67 milyon barrel ilə rekord miqdarda neft hasil edib. Bloomberg yazır ki, məlumat hələ ictimaiyyətə açıqlanmayıb.

Bu hasilat həcmi ölkənin 2015-ci ilin İyun ayında rekord hasilatından yüksəkdir.

Xəbərin ardınca neftin qiyməti aşağı düşməyə başlayıb. ABŞ xam nefti 1.2 faiz düşərək 42.27 dolları, Brent nefti isə 1,4 düşərək 44,37 dolları görüb.

Orta Şərqdəki enerjiyə tələbat, ev və ofislərdə kondisionerlərin intensiv istifadəsi səbəbi ilə  İyul və Avqust aylarında yüksəlir.

Səudiyyə Srabistanın neft hasilatına dair apardığı siyasət haqqında məlumat sahibi olan bir mənbənin Aprel ayında verdiyi məlumata görə neft istehsalçısı, 2016-ci ildə gündəlik hasilatını 10.5 milyon barrelə çatdırmağı planlaşdırmışdı.

скачать dle 12.1
Xəbər lenti