Putin Britaniyanın baş naziri ilə telefonla danışdı

10-08-2016, 16:01
0
Putin Britaniyanın baş naziri ilə telefonla danışdı

Theresa May baş nazir olandan bəri ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb, Downing Street təsdiqləyib.

Hər iki lider Böyük Britaniya-Rusiya əlaqələrindən narazılığını bildirib və münasibətləri inkişaf etdirməklə bağlı vəd veriblər, Kreml deyir.

Downing Street sözçüsü deyib ki, tərəflər danışıqda razılaşıb ki, hava hücumundan müdafiə sahəsində əməkdaşlıq terrorizmə qarşı mübarizədə əsas hissədir.

Hər iki lider gələn ay Çində baş tutacaq G20 sammitində görüşəcək.

İki ölkə arasında münasibətlər, 2006-cı ildə keçmiş Rusiya agentliyinə işləyən xəfiyyə Aleksandr Litvinenkonun zəhərlənib öldürülməsinə görə Böyük Britaniyanın prezident Putini günahlandıran və hadisənin onun təsdiqi ilə baş verməsi “ehtimal” edildiyi deyilən sorğusundan sonra gərginləşmişdi.

Digər mübahisəli məsələlər Rusiyanın Suriya rejimini dəstəkləməsi, Krımın ilhaq olunması və Ukraynada müharibə aparması və qərbin Rusiyaya qarşı sanksiyaları ilə bağlıdır.

‘Fərqliliyə baxmayaraq’

Downing Street sözçüsü təsdiq edib ki, liderlər hər iki ölkənin üzləşdiyi təhlükə ilə bağlı məsələləri də müzakirə edib.

O deyib: “Baş nazir Böyük Britaniya və Rusiya arasında münasibətlərin vacibliyini qeyd edib və konkret məsələlər ətrafındakı fərqliliyə baxmayaraq onlara daha çox aid olan məqamlar atrafında daha açıq və dürüst danışa biləcəklərinə ümid etdiyini deyib.”

“Baş nazir və prezident razılaşıb ki, Britaniya və Rusiya vətəndaşları terrorizmdən ümumi təhdidlərlə üzləşir və xüsusilə aviasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq beynəlxalq terrorizmlə mübarizə səylərinin həyati əhəmiyyətli hissəsi idi.”

Liderlər aviasiya təhlükəsizliyi sahəsində hər iki tərəfin xidmətləri arasında dialoqun inkişaf etdirilməsi ilə bağlı razılığa gəlib, Kreml deyir.

Rusiya hökuməti həmçinin bildirib ki, xanım May, Arxangelsdə bu ayın sonuna yaxın qeyd olunacaq Britaniya hərbi dəstəsinin gəlişinin 75-ci il dönümü ilə bağlı tədbirə qatılacağını təsdiqləyib.

 

скачать dle 12.1
Xəbər lenti