Türkiyədə qadın polislərin baş örtüyündən istifadə etməsinə icazə verilib.
“Vatan” qəzetinin verdiyi məlumat görə, bu məsələ təhlükəsizlik xidməti əməkdaşlarının geyim qaydalarına edilən dəyişiklikdə əksini tapıb.
Qadın polislərin baş örtüyü taxmasını əngəlləyən maddə bu şəkildə dəyişdirilib: “Şapka, papaq və üzü örtməyən, bəzəksiz, uniforma rəngində baş geyimlərini çıxmaq şərtilə, rəsmi geyimlərin içərisinə kənardan görünəcək şəkildə jaket, jilet və bənzər geyimlər geymək qadağandır”.