Beynəlxalq Valyuta Fondu qoltuq ağacıdır - Saakaşvili

31-08-2016, 15:21
0
Beynəlxalq Valyuta Fondu qoltuq ağacıdır - Saakaşvili

Məlumatına əsasən, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukrayna dövləti Beynəlxalq Valyuta Fondunun yardımından imtina etməlidir. Jurnalistlərə açıqlama verən Saakaşvili, BVF-dan alınan tranşları ölkənin ayağa qalxmasına maniyə hesab etdiyini açıqlayıb. 

"Mən düşünürəm ki, Ukrayna istədiyi yardımı alacaq. Bizi, asan şikar olmağa imkan verməyəcəklər. Pul gələcək və biz onu yenidən yeyəcəyik. Biz Gürcüstanda Beynəlxalq Valyuta Fondunun yardımından imtina etmişdik. Baxmayaraq ki, bizdə də hərbi vəziyyət hökm sürürdü. Dövlət öz ayaqları üzərində dayanmalı, qoltuq ağacına ümid etməməlidir. Bununla çox uzağa getmək olmaz. Mən Beynəlxalq Valyutuna Fondunu qoltuq ağacına bənzədərdim."
 
Qeyd edək ki, BVF Ukraynaya 17,5 milliyard yardım etməyi planlaşdırıb. 2015-ci ildə 5 milliyard, avqust ayında isə 1.7 milliyard kredit Ukraynanın hesabına köçürülüb. Növbəti kredit hesabı isə Ukraynada davam edən siyasi böhrana görə gecikməkdədir.
скачать dle 12.1
Xəbər lenti