Türkiyədə polislərlə dolu avtobus partladılıb

29-08-2015, 15:07
0
Türkiyədə polislərlə dolu avtobus partladılıb
Türkiyənin Mardin şəhərində PKK silahlıları içərisində polislər olan avtobusu partladıb.

FaktXəbər-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, yerüstü piyada keçidində quraşdırılmış partlayıcı qurğu avtobus körpüdən keçərkən işə salınıb.

İnsident nəticəsində 10 polis əməkdaşı və 14 dinc sakin xəsarət alıb.

Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir. Partlayış nəticəsində piyada keçidinin bir hissəsi uçub, ətrafdakı binalara xeyli zərər dəyib.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.скачать dle 12.1
Xəbər lenti