Bərzanidən Kərkük üçün referendum çağırışı

14-09-2016, 17:47
0
Bərzanidən Kərkük üçün referendum çağırışı

Şimali İraqdakı regional Kürd rəhbərliyi lideri Məsud Bərzani, Kürd bölgəsində rəsmi şəkildə yer almayan, ancaq 2014-cü ildən bəri faktiki olaraq Peşmərgə nəzarətində olan Kərkükün gələcəyi üçün referendum keçirilməsi çağrışı edib.

Bərzani, "France 24" televiziyasına verdiyi açıqlamada, İraq Kürd regional rəhbərliyinin Bağdad ilə Kərkük məsələsində razılığa gəldiklərini, bu çərçivədə bölgədə referendum keçiriləcəyini açıqlayıb.

Referendum keçirilərsə, kərküklülər Bağdad rəhbərliyini ya da Kürd regional rəhbərliyini seçə biləcəklər.

İraq konstitusiyasına görə, rəsmən Kürd-muxtar bölgəsi xaricində yerləşən Kərkük, 2014-c ü ildə İŞİD terrorçularının hücumu zamanı, Kürd peşmərgə qüvvələrinin nəzarətinə keçmişdi. Rəsmi Bağdad rəhbərliyinə bağlı olan Kərkükə hazırda kürdlər nəzarət edir.

Kərkükün kimin nəzarəti altında olacağı məsələsində iraqlı kürdlər arasında da böyük bir rəqabət gedir. İraq regional Kürd rəhbərliyinin ən əhəmiyyətli iki partiyası olan, Cəlal Tələbaninin qurduğu Kürdüstan Vətənpərvərlər İttifaqı ilə (KYB), Bərzani rəhbərliyindəki Kürdüstan Demokratik Partiyası (KDP) arasında Kərkükün hansı qrupun əlinə keçəcəyi barədə baş verən münaqişə sosial şəbəkədə geniş müzakirə mövzusu olub.

Kürdüstan Vətənpərvərlər Birliyinin yüksək səviyyəli nümayəndə Ranj Tələbani, tvitter hesabından Bərzani rəhbərliyini çox sərt şəkildə tənqid edib.

скачать dle 12.1
Xəbər lenti