İsrailin “DEBKAfile” saytına istinadən verdiyi məlumata görə, Rusiya 20 qitələr arası raket və 200 nüvə başlığı daşıyan dünyanın ən böyük sualtı gəmisi sayılan Dmitri Donskoyu (TK-208) Suriya sahillərinə göndərib.
Hər biri 10 min kilometr məsafəni qət edən bu raketlər 10-a yaxın nüvə başlığı daşıyır.
Məlumatda bildirilir ki, sözügedən gəmi sentyabrın 4-də onu müşayiət edən daha 2 sulatı gəmisi ilə Rusiyadan Suriyaya tərəf hərəkət edib və 10 gün ərzində bu ölkə sahilinə çatacaq.