Kadırov seçki öncəsi ruhanilərdən yardım istəyib

16-09-2016, 18:31
0
Kadırov seçki öncəsi ruhanilərdən yardım istəyib

Məlumatına əsasən, Çeçenistan prezidenti Ramzan Kadırov respublikada keçiriləcək seçkilərlə əlaqədar  ruhani və şəriət hakimləriylə görüşüb.

Prezident bildirib ki, son seçkilər respublikanın tarixinə ən şəffaf və demokratik seçkilər kimi düşməlidir:

"Seçki prosesinin uğurlu keçməsi şərtləndirən əsas amillərdən biri seçicilərin aktiv iştirak etməsidir. Ruhanilər bizim cəmiyyətdə nüfuz sahibidirlər. İnsanlar sizin çağırışlarınıza diqqətlə yanaşır. Mənim sizdən xaişim var ki, seçki öncəsi insanlarla izahat və təşviqat işi aparasız. Vətandaşlara seçkilərin İslam dinində nə qədər böyük əhəmiyyət daşıdığı izah edilməlidir".

Kadırov özünün İnstagram şəhifəsində yazıb ki, dünyada elə bir güc yoxdur ki,  çeçen insanının iradəsinə və seçiminə zidd gedə bilsin. 

скачать dle 12.1
Xəbər lenti