Səudiyyəli diplomat Hindistanda ana və qızına təcavüz edib

9-09-2015, 17:45
0
Səudiyyəli diplomat Hindistanda ana və qızına təcavüz edib

 “İndianexpress” saytına istinadən verdiyi məlumata görə, Səudiyyəli diplomat əslən Nepallı olan iki qadına, yəni ana və onun qızına təcavüz edib.

Bu haqda Dehli polisi məlumat verib. Manyak “diplomat” adları çəkilməyən 44 yaşlı qadını və onun 20 yaşlı qızını Dehlinin Gurqaon məntəqəsindəki evinə təmizlik işləri görmək üçün dəvət edib. Ancaq o, həmin xanımları bir ay evindən çıxmağa icazə verməyərək, özü və digər tanışları ilə birgə dəfələrlə onlara təcavüz edib. Həkimlər sözügedən xanımların dəfələrlə zorakılığa məruz qaldığını təsdiqləyiblər.

Məsələdən xəbər tutan Hindistan polisi əməliyyat keçirərək, qadınları manyak diplomatın əlindən xilas ediblər.

скачать dle 12.1
Xəbər lenti