İŞİD Rusiya FTX-nin zabitini girov götürüb - VİDEO

22-09-2016, 00:58
0
İŞİD Rusiya FTX-nin zabitini girov götürüb - VİDEO
İŞİD terror təşkilatı əsir götürdükləri Rusiya FTX-nin zabitinin videosunu yayımlayıblar. Kadrda özünü rusiyalı zabit kimi  təqdim edən şəxs ölkə prezidenti Vladimir Putin və xalqa müraciət edir. FaktXeber.org-un məlumatına görə, bu barədə radikal terror qruplaşmaların saytını izləyən  SITE xəbər verib.
 
Özünü kapitan Yevgeniy Petrenko kimi təqdim edən şəxs hansı şəraitdə əsir düşdüyü və harda olduğu barədə məlumat vermir.
 
Müraciətdə o, Vladimir Putindən  və FTX-dən özünün azadlığı üçün əllərindən gələni etmələrini istəyir.
Jurnalistlər vurğulayırlar ki, bu videonun digər təbliğat videolarından  bir neçə fərqi var. Bu kadrlarda döyüşçülər görünmür, halbu ki, digər vidkolarda onlar həmişə görünür. Bundan başqa həmin şəxsin köynəyində «Kafir» yazısı olub, ancaq bundan əvvəl girovlar üçün belə yazılar olmurdu.
 
RF FTX bu məlumata şərh verməyib.
скачать dle 12.1
Xəbər lenti