Məşhur rus jurnalist Gürcüstana sığındı
22-09-2016, 00:59
0
Məşhur rus jurnalist Gürcüstana sığındı
Məşhur rusiyalı jurnalist Aleksandr Sotnik (Saşa Sotnik) Rusiyanı tərk edib.
Bu barədə bəyanatı jurnalistin özü yayıb. O, Rusiyanı tərk etməyinə əsas səbəb kimi ölümlə təhdid edilməsini göstərib. Sotnik müvəqqəti olaraq Gürcüstana sığındığını bildirib:
“Bu, emiqrasiya deyil. Bu, müvəqqəti məcburi evakuasiyadır. Mən Gürcüstana gəlmişəm və bir müddət burada yaşayacağam”.
Qeyd edək ki, Sotnik Rusiya hakimiyyətinin əsas əleyhdarlarından biri kimi tanınır. O, aşkar şəkildə Moskvanın Ukrayna siyasətini tənqid edərək, onun dayandırılmasını tələb edir.
скачать dle 12.1